"Kosmosda orqanik molekullar tapıldı!"
Səma alimləri, kosmoda yaşamın təməl daşı qəbul edilən orqanik molekullara rastladı.
Massachusettsdəki Harvard-Smithsonian Astrofizika Mərkəzindən Karin Oberg, Dünyadan 450 işıq ili uzaqlıqdakı Taurus bürcündə yer alan "MWC 480" adlı ulduzun çevrəsindəki toz və qaz buludunda yaşamın yapı daşlarını yaradan kimyasal maddələr tapdıqlarını söylədi.
Oberg, tapılan orqanik molekulların hidrogen siyanür (HCN) metil siyanür (CHⅦCN) və siyanoasetilen (HC3N) olaraq sıraladı.
Hidrogen siyanürə başqa ulduz sistemlərində də təsadüf etdikərini deyən Oberg, daha qarmaşıq olan digər iki molekulu ilk dəfə gördüklərini qeyd etdi.
Yaxlaşıq 1 milyon yaşındakı ulduzun Günəşin 1.8 qatı kütləyə sahib olduğu bəlirləndi. Ulduzun kütləsinin yüzdə 20 - ni çevrəsindəki toz və qaz buludu yaradır.
Oberg, "Günəş sistemimizin, sahib olduğu planetlər və su içərməsi mövqeyindən kosmosda tək olmadığını bilirdik. İndi orqanik kimya mövqeyindən də bənzərləri olduğunu öyrəndik. Hənüz gənc bir ulduzkən Günəştə də eyni kimyasal tepkimeler meydana gəlmişdi. Dünya da yaşamı başladan orqanik molekulların, kainatda başqa yerlərdə də var olduğu sübüt edilmiş oldu." dedi.
Oberg, "MWC 480 - in çevrəsindəki orqanik molekulların bəziləri ulduzun səthinə enəcək. bir qismi, planetlər arası kainata savrulub planetlər, asteroidlər və quyruqlu ulduzlara düşəcək. Milyardlarca il öncə Günəş sistemimizdə də bənzəri şeylər olmuşdu." ifadələrini söylədi.
Keçən il aparılan araştırmada, həddindən artıq isti və təyziq uyğulanaraq hidrogen siyanür (HCN) və hidrogen sülfür (H2S) molekullarından nükleik asitlərin (RNA) "öncülləri" əldə edilmişti. RNA və DNA kimi özünü kopyalayan molekullar, yaşamın təməl daşı qəbul edilir.
Tərcümə etdi və yazdı - Haşim Haşimov
Hiç yorum yok:
Yorum Gönder