Qalaktika
Qalaktika

Qalaktika - vahid cazibə mərkəzi ətrafında dövr edən nəhəng ulduz sistemi. Tipik qalaktikada on milyondan bir trilyona qədər ulduz olur. Günəş sisteminin daxil olduğu qalaktika Süd Yolu adlanır.
Yaranması
Bizim Qalaktika spiral quruluşa malikdir. Qalaktikalar müxtəlif quruluş və formaya malikdirlər. Qalaktikalar quruluşuna görə elliptik, spiral və heç bir formaya malik olmayan formalara malikdirlər
Kainat, təkamülünün ilkin mərhələsində, yəni, temperaturun 4000 K-dan böyük olduğu vaxtda, elementar zərrəciklər və güclü şüalanmanın qarışığı olan plazma mühitindən ibarət olmuşdur. Bu vaxt şüalanma enerjisi maddə zərrəciklərində toplanan enerjidən çox idi.
4000 K-dan aşağı temperaturlarda isə enerjinin əsas hissəsi maddə zərrəciklərində toplanır. Maddənin qalaktikalar və ulduzlar şəklində təşəkkül tapması, nüvələr tərəfindən elektronların tutulması, nüvələr tərəfindən elektronların tutulması və atomların yaranması ilə başlayır.
Kainat temperaturunun 3000 K-ya qədər soyuması hidrogen və helium atomlarının əmələ gəlməsi üçün şəraitin başlanğıcı olur. Bu vaxt hidrogen və helium nüvələrinin nisbəti uyğun olaraq, 73% və 27% idi. Sərbəst elektronların azalması hesabına kainat şəffaflaşır, şüalanma isə maneəsiz və itkisiz çox uzaq məsafələrə qədər yayılmağa başlayır. Kainatın quruluşunun ilk əlamətləri də bircinsli şüalanma fonunda sıxlığın fluktuasiyaları şəklində peyda olur.
Qalaktikarın formalaşması Böyük partlayışdan təxminən 3 milyard ildən sonra başlayır: qravitasiyanın təsiri ilə lap cüzi sıxlıq fluktuasiyaları artmağa və onların paylanması dəyişməyə başlayır. Kainat tədricən məsaməli quruluş alır. Qalaktika və qalaktika topaları bircinsli "boş" mühit ətrafında örtüklər və saplar şəklində sıxlaşır. Tədricən molekulyar buludlar və ulduzəmələgəlmə prosesi başlayır.
.
Tipləri
Qalaktikalar öz rəngarəngliyi və ölçülərinin müxtəlifliyinə görə, sonsuz sayda olmalarına baxmayaraq, xarici formalarına görə şərti olaraq üç əsas tipə ayrılır:
Spiralşəkilli
Elliptik
Qeyri-müntəzəm
Fərz edilir ki, qalaktikanın tipi onun yaranma şəraitindən asılıdır. Belə ki, formalaşma anında qalaktika sürətlə fırlanırsa və onun intensiv maqnit sahəsi varsa, o spiralşəkilli qalaktikaya çevrilir. Əks təqdirdə, qalaktika elliptik forma alır.
Spiralşəkilli qalaktikalar
Bu qalaktikalar, aydın seçilən nüvə və spiralşəkilli budaqların mövcudluğu ilə xarakterizə edilir. Bizim Qalaktika və Andromeda dumanlığı da spiral formalı qalaktikalardandır.
Bu qalaktikalarda aktiv şəkildə ulduz əmələgəlmə prosesi indi də davam edir.
Elliptik qalaktikalar
Kainatdakı qalaktikaların üçdə bir hissəsi elliptik qalaktikalara aiddir. Onlarl formalarına görə, parlaqlığı mərkəzinə tərəf artan dairə və oval şəklində görünürlər.
Belə Qalaktikalarada mərkəzdən uzaqlaşdıqca ulduzların paylanması sayca azalır. Elliptik qalaktikalarda toz dumanlıqları yoxdur. Kataloqlarda bu tip qalaktikalar E hərfi ilə işarə edilir və hərfin yanında basıqlıq dərəcəsini müəyyən edən rəqəm yazılır (0-dan 7-yə kimi).
Qeyri-müntəzəm qalaktikalar
Öz formalarına görə əvvəlki iki tipə aid edilə bilməyən qalaktikalar qeyri-müntəzəm qalaktikalardır. Bu qalaktikaların mərkəzi nüvəsi yoxdur.
Yerin cənub yarımkürəsinin əhalisi göydə adi gözlə iki qeyri-müntəzəm qalaktika: Böyük və Kiçik Magellan Buludlarını görə bilir.
Toqquşmalar
Kainatın qalaktikalar şəklində formalaşmasının ilk mərhələsində qalaktikalar bir-birinə yaxın olmuşdur. Ona görə də, qalaktikaların toqquşması və birləşmələri bu mərhələdə adi hal idi.
Qalaktikaların toqquşması, adətən onların spiral qollarının böyüməsinə səbəb olur. Birbaşa toqquşmada qalaktikalar nəhəng bir qalaktikaya da çevrilə bilir. Gələcəkdə, bizim Qalaktika ilə Andromeda dumanlığını belə aqibət gözləyir.
Hiç yorum yok:
Yorum Gönder