"Uranın Ədəbi Peykləri"

Planet və peyklərin adı əsasən Yunan və Roma mitologiyalarında gəlir amma
Uranın 27 peykinin adları, Shakespeare və Alexander Popenin əsərlərindəki xarakterlərə aiddir. İlk iki peyk 1787 - ci ildə kəşf edildi amma 1852 - yə (iki peyk daha kəşf edildiktən sonra) qədər bunlara ad verilmədi. Peyklərə Uranın kaşifi İngilis astronom William Herschelin oğlu olan John Herschel tərəfindən ad verilməsinə qərar verildi. Herschel peylərə Yunan mitologiyalarından adlar vermək yerinə, William Shakespeare-in "Bir Yay gecəsi" adlı romanındakı iki pərinin adı olan Oberon və Titania və Alexander Pope-in "Bukleye Təcavüz" adlı əsərindəki mitolojik varlıqların adı olan Ariel və Umbriel adlarını verdiş Son beş dənəsi 2003 - ci ildə kəşf edilən yeni peyklər tapıldıqcada ənənə davam etdiş
Uran peyklərinə verilən adlar və gəldikləri yer belədir:
Bukleye Təcavüz (Alexander Pope):
Ariel, Umbriel, Belinda
William Shakespeare oyunları:
Bir Yay Gecəsi Rüyası: Titania, Oberon, Puck
Fırtına: Ariel, Miranda, Caliban, Sycorax, Prospero, Setebos, Stephano, Trinculo, Francisco, Ferdinand
Kral Lear: Cordelia
Hamlet: Ophelia
Tündxasiyyət Qız: Bianca
Troilus ve Cressida: Cressida
Othello: Desdemona
Romeo və Juliet: Juliet, Mab
Venessiya Taciri: Portia
Sizə Necə Gəlirsə: Rosalind
Quru Gürültü: Margaret
Qış Masalı: Perdita
Afinalı Timon: Cupid
Mətni yazdı - Haşim Haşimov
Hiç yorum yok:
Yorum Gönder